Avropa nəhənglərinə ŞOK: Çox sayda klub Çempionlar Liqasından qovula bilər -

UEFA maliyyə qaydalarını pozduğuna görə bir neçə klubu Çempionlar Liqasında iştirakdan kənarlaşdıra bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb. Bildirilir ki, ötən mövsümün nəticələrinə görə, maliyyə “feyr-pley” qaydalarını 10 klub pozub. Onların arasında İspaniyanın “Barselona”, Fransanın PSJ, İtaliyanın “Yuventus”, “İnter” və “Roma” klubları da var. UEFA klubların xərcləri ilə bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, bir neçə klubun maliyyə qaydalarını pozması ilə bağlı UEFA-ya şikayət daxil olub. Daha çox şikayətin PJS barəsində olduğu irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR