Çin amerikalı senator Marşa Bləkbörnin Tayvana səfər etməsinə etiraz edib.
Metbuat.az xəbər verir ki Çinin rəsmi mənbələrindən bildirilib ki, ABŞ-ın belə davranışları regionda vəziyyəti daha da artıracaq. Qeyd edək ki, ABŞ-ın Ticarət və Silahlı Qüvvələr komitəsində işləyən senator Çinin təhdidlərinə baxmayaraq Tayvana səfər edib. O, ABŞ-ın hərbi təyyarəsi ilə Taypeyə enib. O yazılı açıqlamasında bildirib:
"Pekinə mesaj vermək üçün Tayvana gəldim. Zorakılığa məruz qalmayacağıq. ABŞ dünya miqyasında azadlığı qorumaq məsələsində qəti mövqeyini davam etdirir”.