Xalq artisti Aygün Kazımovanın "MuzTV"yə müsahibəsində Azərbaycanı 2008 və 2015-ci illərdə "Eurovision" musiqi yarışmamasında təmsil edən Elnur Hüseynovu tanımaması əhali arasında birmənalı qarşılanmayıb.
Çünki xalq artisti hər zaman Azərbaycanı ilk dəfə "Eurovision" musiqi yarışmasında təmsil edən Elnur və Samir cütlüyünə xüsusi rəğbəti ilə seçilib. Müxtəlif kanallara müsahibələrində Aygün Kazımova cütlük haqda xoş sözlər deyib.
Məsələ ilə əlaqədar Milli.Az xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, müxbirin sualını düzgün başa düşmədiyindən belə cavab verdiyini bildirib:
"Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Tam başa düşmədim söhbət kimdən gedir. Sualı anidən verdi.
Yoxsa Elnur Hüseynov və Samir Cavadzadə ölkəmizi "Eurovision"da təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışlardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır".
Milli.Az