Lənkəranda yüksək nəticə əldə etmiş məzunlar mükafatlandırıldı -

Avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini qızıl və gümüş nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun mükafatlandırılıb ki, onlardan 68-i 600baldan yuxarı nəticə göstərib.Həmçinin bu il Respublika Fənn Olimpiadalarında qalib olmuş 24, orta məktəbi qızıl medalla bitirən 2, gümüş medalla bitirən 5, Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 məzun mükafatlananlar sırasında olub.

Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə yerli icra hakimiyyətlərinin rəsmiləri, Lənkəran Regional Mədəniyyət mərkəzinin müdiri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib.

Mərasim Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə start götürüb. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov təhsildə yüksək uğurlar əldə edən məzunları təbrik edib, onları Azərbaycanın işıqlı gələcəyi adlandırıb. Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub. Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Respublika Fənn Olimpiadasında I yerə layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə ümumtəhsil müəssisələrini qızıl nişanla bitirmiş məzunlara xüsusi hədiyyələr təqdim ediblər.

Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR