ABŞ Prezidenti Co Bayden keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Metbuat.az xəbər verir ki, Bayden yazılı bəyanatında Qorbaçovun gələcək üçün öz karyerasını riskə atan nadir liderlərdən olduğunu bildirib.

O, Qorbaçovun uzaqgörən insan olduğunu da vurğulayıb.

Qeyd edək ki, Bakıda 20 Yanvar faciəsinin əsas təşkilatçısı olan Mixail Qorbaçov bu gün 91 yaşında ölüb.