Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, 35 yaşlı baş hakim Avstriyada “Şturm” (Qrats) və Danimarka “Midtüllan”ı arasında keçiriləcək I tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.