Mbappenin jurnalistin sualına gülməsi başına bəla oldu -

Çempionlar Liqasında PSJ - "Yuventus" matçından əvvəl keçirilən mətbuat konfransında Fransa təmsilçisinin baş məşqçisi Kristofer Qaltye və ulduz futbolçu Kilian Mbappe iştirak edib.

Metbuat.az xəbər verir ki, ulduz futbolçu jurnalistlərin PSJ-nin təyyarə səfərlərini qatarla əvəz edilib-edilməyəcəyi ilə bağlı sualına gülüb. Qaltye isə sualın cavabında "Səfərlərimizi təşkil edən şirkətdən bunu soruşduq, quruda səyahətlə hərəkət zamanı bizə nə qədər vaxt lazım olacağını öyrənmək istədik. Hələlik bu qədər..." deyib.

Bu isə ictimaiyyətdə düzgün qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri, rəsmi şəxslər baş məşqçini və futbolçunu sərt tənqid edib.

Qeyd edək ki, təyyarənin qatarla əvəz edilməsi məsələsi Fransada qlobal istiləşmənin azaldılmasına hesablanıb. Hətta insanlara bununla bağlı çağırışlar edilib. Lakin PSJ "Nant"la son səfər oyununa təyyarə ilə gedib. Dəmir yolu isə bu yol 2 saat çəkəcəkdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR