Mbappe Messini geridə qoydu -

Kilian Mbappe yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, hücumçu Çempionlar Liqasında 35-ci qolunu ən tez vuran futbolçu olub. O, buna I turun "Yuventus"la görüşündəki dublla nail olub.

PSJ-nin ulduzu 23 yaş 260 günlüyündə "35"ə çatıb.

Bununla da Mbappe 35-ci qolunu 23 yaş 307 günlüyündə vuran Lionel Messinin rekordunu geridə qoyub.

Qeyd edək ki, PSJ “Yuventus”a 2:1 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR