Yunanıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəflətən gələ bilərik” sözlərindən sonra BMT-yə şikayət məktubu göndərib.
Metbuat.az xəbər verir ki, “Associated Press“ məktubun detallarını yayıb. Yunanıstan tərəfi qeyd edib ki, Türkiyə Afinaya qarşı sərt bəyanatlarını dayandırmasa, Avropa ikinci Ukrayna problemi ilə üzləşə bilər. Məktubda Türkiyənin əleyhinə həqiqəti əks etdirməyən fikirlər yer alıb. Yunanıstan tərəfi Türkiyənin sərt bəyanatlarının qınanmasını tələb edilib.
Qeyd edək ki, Yunanıstanın S-300 müdafiə sistemləri vasitəsilə Türkiyənin F-16 təyyarələrinin radar sisteminə müdaxilə etməsi tərəflər arasında gərginliyi daha da artırıb. Türkiyə Yunanıstanın təxribatları barədə NATO-ya şikayət məktubu göndərib. Ərdoğan “Oyun oynamırıq. Ciddi danışırıq. Bir gecə qəflətən gələ bilərik” deyərək sərt xəbərdarlıq etmişdi.