Tayvan məsələsinə görə ABŞ-ın təzyiqi ilə üzləşən Çin yeni həmləyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Çinin İsrail ilə “Azad ticarət müqaviləsi” imzalamağa hazırlaşdığı bildirilir. Bu barədə açıqlama verən İsrailin Pekindəki iqtisadi missiyasının rəhbəri Esti Ayalon-Kovo “China Morning Post” qəzetinə açıqlamasında tərəflərin danışıqlar apardığını və nəticə əldə etməyə yaxın olduğunu təsdiq edib. Onun sözlərinə görə, sazişdən sonra İsrail şirkətləri Çində məhsullarını sata biləcək. Məlumata görə, İsraillə “Azad ticarət müqaviləsi” Çin üçün Yaxın Şərqdə ilk belə müqavilə olacaq.

Qeyd edək ki, Çin ilə İsrail arasında ticarət həcmi ötən il 22,8 milyard dollar olub.