Çin, Rusiya və Şimali Koreya birgə hərbi təlimlər keçirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, Ukrayna müharibəsi regionun geosiyasi önəmini və ABŞ-la Çin arasında rəqabəti artırıb. Çin buna görə də, Koreya yarımadasında hərbi qüvvələrini artırmağı planlaşdırır. Bildirilir ki, təlimlərdə İranın da iştirak edə biləcəyi gözlənilir. Təlimlərin Rusiya və Çində təşkil ediləcəyi güman edilir. Şimali Koreya Çin və Rusiya ilə birgə təlimlərdə iştirak edərsə, bu ilk belə məşq olacaq.