Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Türkiyə yığmasının sabiq üzvü "Arda Turanın vedası" adlı video yayımlayıb.

Qeyd edək ki, Arda Turan İspaniyada "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.