“Yuventus”un futbolçusu Pol Poqba ölüm təhdidləri alıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilir ki, Poqba və digər ailə üzvləri polis nəzarətinə götürülüb. Məlumata görə, futbolçu yalnız polisin nəzarəti altında məşqə və oyunlara getmək üçün evini tərk edir. Təhdidlərin ailə məsələləri ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl Poqba şantaja məruz qaldığını və bunun üçün pul ödədiyini açıqlamışdı.