Bir müddətdir həyat yoldaşı Eşqin Cəlilovdan ayrıldığı iddia olunan müğənni Aysun İsmayılovanın növbəti paylaşımı diqqət çəkib.

Metbuat.az OLAY-a istinadən xəbər verir ki, o, "İnstaqram"ın hekayə bölümündə türk dilində sözlər paylaşıb və şayiələrin çoxalmasına səbəb olub.

“Kitabın sonu belə bitirdi: O ilk gördüyü, tanıdığı, güvəndiyi, sevdiyi insan deyildi artıq! Sevən yanılmış, sevilən yad olmuşdu”, - deyə, paylaşımda yazıb.

Qeyd edək ki, cütlük bir neçə gün əvvəl instaqramda bir-birini izləmədən çıxarmışdı. Həmçinin, Aysun birgə paylaşımları silib, Cəlilov soyadını da profilindən götürüb.

Qaynar xətt 0552252950