Rusiyada səfərbərlik elan ediləndən sonra orduya çağırılacağını güman edənlər xaricə axın etməyə başlayıblar.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Yerli mənbələrin məlumatına görə, sakinlər əsasən Ermənistana, Monqolustana, Qazaxıstana, Finlandiyaya və Azərbaycana getməyə cəhd edirlər. Bəzi sərhəd məntəqələrində növbələrin olduğu bildirilir. Məlumata görə, Buryatiyanın Monqolustanla sərhədində də uzun növbələr var.
Qeyd edək ki, Ukrayna müharibəsində ən çox qurban verənlərdən biri də buryatlardır. Rəsmi dairələrdən bildirilib ki, səfərbərlik çağırışını əhatə edən şəxslər sərhəddən buraxılmayacaq. Onlara cəza verilməsə də ciddi xəbərdarlıq edilərək geri qaytarılacaq.