Toyda tanınmış müğənnilərlə yanaşı bəstəkarlar, incəsənət xadimləri - xalq artisti Afaq Bəşirqızı, bəstəkarlar Faiq Sücəddinov, Vaqif Gərayzadə, Vuqar Əhməd, Tahir Əkbər toyda iştirak edirlər.
Müğənnilərdən Baloğlan Əşrəfov, Ədalət Şükürov, Sevda Yəhyayeva, Lalə Məmmədova, Elza Seyidcahan, Azər Zeynalov, Niyam və digərləri qonaqları mahnıları ilə şənləndirir. Toyun gedişatında Nailə Mirməmmədli özü oxuyub və bəylə gəlin mahnıya rəqs edib.
Qeyd edək ki, iki il nişanlı olan cütlük ailəvi tanış olub. Nailə Mirməmmədlinin gəlini əslən Lənkərandan olan Gülanədir.
Nailə Mirməmmədli sabah Elgız Əkbərin "Günə baxan" verlişində qonaq olacaq. Olduqca maraqlı keçəcək verilişdə toydan eksklüziv görüntülər və fotolar göstəriləcək/




