Müğənni Nura Suri ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə etiraz edib.
Metbuat.az xəbər verir ki, o, feysbuk hesabında Tarif Şurasını qınayıb:
"Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə. İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yolların axtarın", - deyə o qeyd edib.