Şimali Koreya iki ballistik raketi sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, atılan raketlər 50 kilometr yüksəkliyə qədər uçaraq 300 kilometr məsafə qət edib. Yaponiya istiqamətində atılan raketlər beynəlxalq sulara düşüb. Yaponiya tərəfi Pxenyanın testini təxribat adlandırıb. Açıqlamaya görə, testlər Yaponiyanın və regionun təhlükəsizliyini təhdid edir. Yaponiya hökuməti Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası göndərib.