Bakı, 1 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a və digər normativ-hüquqi aktlara əsaslanaraq may ayında bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “Via Group”, “Smile Travel”, “Talisman Travel”, “Qlobus”, “Master Holding”, “Pegas Tour”, “L.I Travel”, “Simurq S” və “Su-Travel” MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 290-a çatıb.