Bakının Tələt Şıxəliyev küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsini təmir edir.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, 450 metr uzunluğa malik olan adıçəkilən küçənin təmiri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.

Analoji təmir işləri hazırda 1 230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində də aparılır.

Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometrdir. Artıq bu çərçivədə təmir işləri ümumi uzunluğu 4 320 metr olan Fətəli xan Xoyski prospekti, Müzəffər Nərimanov və Əbdüləzəl Dəmirçizadə küçələrində yekunlaşıb.

2021-ci ildə Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR