Bakının bu məktəbində biabırçılıq:

112 nömrəli məktəbdə şagirdlərin bir-birinə qarşı zorakılıq görünütləri ilə bağlı araşdırma başlayıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülər nəzarətə götürülüb:

"Araşdırma başlayıb. Nəticə barədə məlumat veriləcək".


09:18

Bakıda şagirdlərin məktəbdə bir- birilərinə qarşı zorakılıq hərəkətlərinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov yayıb. Görüntülərdə şagirdlərin ikisinin bir -birinə yumruqla zərbə endirməsi, digərinin isə telefonla onları çəkdiyi görülür.

Kamran Əsədov bildirib ki, məktəblərdə idarəetmə olmadığı üçün bu kimi görüntülər gündən-günə artır:

"Son iki il ərzində bir çox orta məktəbdə idarəetmə, tədris, təhsil mühiti yoxa çıxıb. Məktəblər selfi çəkdirib tədbirlərdə əl çaldırmaq üçün məkan deyil cənablar. Ayılın, özünüzə gəlin. Arada isti kabinetinizdən çıxın, məktəblərə gedin. Amma pul yığmağa yox, qohum, dostu təyin etməyə yox, vəziyyəti yoxlayıb tədbir görməyə. Ya da siz ən yaxşısı, hamınız ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz və zərərlisiniz".

Qeyd edək ki, görünütlərin 112 nömrəli məktəbdə çəkildiyi bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR