Azərbaycan Mərkəzi Bankı (AMB) avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərarı verib.
Metbuat.az Mərkəzi Banka istinadən xəbər verir ki, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.
Şikayət indeksi açıqlandığı tarixdən son 1 il ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq, aylıq məlumatlar əsasında yenilənəcək. İndeksin hesablanma metodologiyası və onun izahı AMB-nin veb səhifəsində yerləşdirilmiş in aşağı hissəsində qeyd edilib.