“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “I.D.E. Water Assets Ltd” arasında Memorandum imzalanıb

Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavodunun yaradılması sahəsində əməkdaşlığa dair layihənin potensial investor qismində iştirakı nəzərdə tutulan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və Dünyada su və su tullantıların emalı sahəsində tanınmış İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.

“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR