Ruhəngiz Qasımova ilə vida mərasimi oktyabrın 12-də Heydər məscidində keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya Əməkdar artist Tahir İmanov məlumat verib.

Mərhum bəstəkarın nəşinin çərşənbə günü Honkonqdan gətiriləcəyini vurğulayan T.İmanov qeyd edib ki, dəfn mərasimi də elə həmin gün Yasamal qəbiristanlığında başa tutacaq: "Ruhəngiz xanım həyat yoldaşının yanında dəfn ediləcək".