"Qorxulu hadisələr baş verir" -

ABŞ Ukraynaya hərbi yardımları davam etdirəcək.

Metbuat.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Oustin belə açıqlama verib. O bildirib ki, Ukrayna ordusu cəbhədə vəziyyəti öz lehinə dəyişib. Müdafiə bir neçə yaşayış məntəqəsinin işğaldan azad ediləsinin uğur olduğunu ifadə edib.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Ukraynanın hava məkanının daha yaxşı qorunması üçün Kiyevə dəstək olmaq lazımdır. “Ukraynada son günlər qorxulu hadisələr baş verir" deyən Stoltenberq, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. Görüşdə Rusiyanın Ukraynaya hücumları müzakirə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR