Tərtər, 2 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunun Hüsənli kəndində salınan üzüm bağı bu il ilk barını verəcək.
Fermer Elçin Bəşirov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına 2013-cü ildə salınan üzüm bağının sahəsi 9 hektardır. Bağa Fransa, İtaliya və Özbəkistandan gətirilmiş 26 min ədəd üzüm tingi əkilib. Hazırda bağda suvarma, alaqdan təmizlənmə və torpağın yumşaldılması işləri aparılır.
Üzüm bağlarının tam məhsuldarlığı 1-2 ildən sonra olacaq.