Bir qrup veteran və şəhid ailəsi üzvü üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb -

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində daha 4 rayon (Şəmkir, Qazax, Tovuz, Salyan) üzrə 18 Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvü üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb.

Metbuat.az KOBİA-ya istinadən xəbər verir ki, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” adlı layihə sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir.

Layihəyə uyğun olaraq həmin şəxslərə simmental cins iribuynuzlu damazlıq heyvanlar, sağım aparatı, qaşov, yemqıran və xüsusi yemlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar öz kiçik təsərrüfatlarını yaradıblar.

Layihə iştirakçılarına sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik də göstəriləcək.

Ümumilikdə, 200 nəfəri əhatə edəcək layihə çərçivəsində bugünədək 144 vətəndaş aktivlərlə təmin edilib. Yaxın vaxtlarda qeyd edilən kateqoriyalara aid daha 56 vətəndaş üçün kiçik təsərrüfatlar yaradılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR