Azərbaycan və Türkiyə rəsmiləri iqtisadi əməkdaşlığı müzakirə edib

Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Mustafa Kemal Koloğlu ilə iqtisadi əməkdaşlığı müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə KOBİA-nın sədri Orxan Məmmədov tviterdə yazıb.

Onun sözlərinə görə, Agentlikdə keçirilmiş görüşdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR