Futbol dünyası yasda: Millinin sabiq üzvü vəfat etdi -

Yaponiyanın "Teqevayaro Miyazaki" klubunun futbolçusu Kudo Masato vəfat edib. Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo 32 yaşında dünyasını dəyişib.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun prezidenti Keita Nimura məlumat verib. 32 yaşlı mərhum oyunçu oktyabrın 11-də beyin əməliyyatı keçirib və sonra vəziyyəti pisləşib. Beyninə maye yığılan futbolçu cümə günü vəfat edib.

Qeyd edək ki, Kudo Masato Yaponiyanın "Kasiva Reysol" klubunun yetirməsi idi. 2009-cu ildə əsas komandada forma geyinməyə başlamışdı. O, son olaraq isə 2022-ci ildə Avstraliyanın "Brisben Roar" klubundan "Teqevayaro Miyazaki"yə transfer olunmuşdu. Yaponiyalı hücumçu bu komanda ilə 21 oyuna çıxıb və 3 qol vurmuşdu. Kudo Yaponiya millsində isə 4 matç keçirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR