ABŞ Avropaya nüvə raketləri yerləşdirir

ABŞ NATO-nun Avropadakı hərbi bazalarına B61-12 taktiki bombalarının yerləşdirilməsi barədə proseduru sürətləndirir.

Metbuat.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Bildirilir ki, bu barədə Brüsseldə keçirilən toplantıda qərar qəbul edilib. Məlumata görə, B61-12 taktiki bombalarının Avropadakı NATO bazalarına yerləşdirilməsi gələn il nəzərdə tutulmuşdu. ABŞ tərəfi iddia edir ki, məsələnin Ukraynadakı müharibə və Rusiyanın nüvə təhdidləri ilə əlaqəsi yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR