42 ildən sonra yenidən üzə çıxdı -

İngiltərədə ilk dəfə 1980-ci ildə görülən naməlum uşaq yenidən ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə qorxulu hadisələr üzrə mütəxəssis Lii Brikley açıqlama verib. O bildirib ki, “qara gözlü uşaq” adlandırılan siluet 42 il sonra iki gənci qorxutmaq üçün görünüb. İddia edilir ki, “uşaq” meşədə istirahət edən iki gənci qorxudandan sonra yoxa çıxıb.

Qeyd edək ki, “qara gözlü uşaq”la bağlı araşdırmalar illərdir davam edir. Naməlum varlıq indiyə qədər heç kimə fiziki müdaxilə etməyib. İddialara görə,o, insanların gözünə görünüb. “Qara gözlü uşaq”la bağlı əfsanəyə görə, o hansısa araşdırma zamanı meşəyə buraxılıb və həmin andan sonra yoxa çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR