130 nəfərin ölümünə səbəb olan İŞİD terrorçusu evlənir -

Fransanın yaxın tarixinin ən dəhşətli terror aktından sağ çıxan yeganə kamikadze həbsxanada evlənib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Salah Abdeslam 13 noyabr 2015-ci ildə Parisdə 130 nəfərin öldüyü və 490-dan çox insanın yaralandığı hücumları həyata keçirən İŞİD-in 10 nəfərlik qrupunun sağ qalan yeganə üzvüdür.

Onlar Parisdəki Stade de France milli idman stadionuna, altı restoran və bara və Bataclan musiqi salonuna hücum edən "komando birliyi"nin üzvü olublar. Abdeslam 2015-ci ilin noyabrında öz qardaşı da daxil olmaqla, digər İŞİD terrorçularının partlayışda öldüyü hücumdan qəsdən çıxdığını iddia edib. O, özünün "İslam Dövlətinin əsgəri" və "komando birliyi"nin üzvü olduğunu deyib. Prokurorlar Abdeslamın partlayıcı jiletinin nasaz olduğunu və o, ayın 13-ü cümə günü hücumdan bir neçə saat sonra Fransanın paytaxtından qaçdığını deyib.

Fransız İslam terrorçusu ömürlük həbs cəzasınza məhkum edilib və onun evlilik mərasimi həbs cəzasını çəkdiyi yerdə yüksək təhlükəsizlik kamerasından telefonla baş tutub. Maraqlısı odur ki, Parisin "Fleury-Mérogis" həbsxanasında 24 saat nəzarət altında olmasına baxmayaraq, o, telefonla yeni "Hıyat yoldaşı" ilə münasibət qura bilib.

Qeyd edilib ki, onun həyat yoldaşı terrorçunun atası tərəfindən seçilmiş tanımadığı qadındır. Onun bütün telefon danışıqlarını dinləyən Fransa həbsxana kəşfiyyatı Salah Abdeslamın bir müddətdir ki, onun evlənməyi planlaşdırdığını artıq qeyd etmişdi.

Qeyd edək ki, terrorçunun atası Abderrahmane Abdeslam 73 yaşlı Mərakeş əsilli Brüssel vətəndaşıdır. Onun gəlin olaraq seçdiyi qadının adı və milliyyəti açıqlanmayıb. Abdeslam dindar müsəlman olaraq qalır, ona görə də evliliyin rəsmi evlilik deyil, dini bir evlilik olduğu düşünülür.

Abdeslamın hüquq məsləhətçisi onun evliliyi ilə bağlı hələ ki, şərh verməyib.


Aysel Naibova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR