“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı nüvə silahı ilə təhdid etməklə əslində başqa mesaj vermək istəyib”.
Metbuat.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi Roqer Pardo-Maurer açıqlama verib. O bildirib ki, Putinin Ukraynada tətbiq etmək istədiyi silah nüvə deyil, elektromaqnit vibrasiya hücumu (EMP) silahıdır. Amerikalı nümayəndə qeyd edib ki, bu silahın tətbiq ediləcəyi halda Kiyevin bütün hərbi məlumat sistemi zərər görə bilər. Bildirilir ki, EMP ilə təşil ediləcək hücum kompüterləri, peykləri, radio vasitələri sıradan çıxara bilər. Ümumiyyətlə EMP hücumu həm hərbi həm də mülki infrastruktura ciddi zərər verəcək. Pentaqon rəsmisi qeyd edib ki, Rusiya mediasında bu silahdan istifadə ilə bağlı məsələ gündəmə gəlib. Ruslar EMP hücumunun Baltik dənizi üzərindən təşkil edilə biləcəyini irəli sürürlər.
Amerikalı rəsmi EMP hücumunun taktiki nüvə silahından daha güclü təsirə malik olduğunu ifadə edib. “Rusiya səsdən sürətli raketlərlə bu silahdan istifadə edə bilər” deyən amerikalı rəsmi, EMP hücumu nəticəsində insan ölümünün və dağıntının olmadığını ifadə edib. Lakin vacib vasitələr sıradan çıxacaq. Ukraynadakı rus hərbçilər də mümkün EMP hücumundan zərər görə bilər.