İz itirmək üçün narkotiki hoteldə gizlədən şəxslər saxlanılıb -

Göyçayda narkotiki hoteldə gizlədən şəxslər saxlanılıb.

Metbuat.az-a bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar - Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıb. Onların Göyçay şəhəri ərazisində yerləşən hotellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İzi itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək hoteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR