“Qalatasaray”a görə Avropa nəhənglərinin təklifini rədd etdi -

“Qalatasaray”da icarə əsasında oynayan Dries Mertens növbəti mövsüm də Türkiyədə qalmaq istəyir.

Metbuat.az xəbər verir ki, futbolçu “Qalatasaray”ı seçməklə doğru qərar verdiyini ifadə edib. Məlumata görə, Mertensə bir sıra təkliflər olsa da, o “Qalatasaray”dan getmək niyyətində deyil. Bildirilir ki, Mertensin müqaviləsi 1+1 formasındadır. O növbəti mövsüm Türkiyədə qalmaq üçün 25 oyunda ilk 11-də başlamalıdır. Mertens artıq 10 oyundur əsas heyətdə yer alır. Futbolçu uğurlu oyunu ilə təqdir edilir.

Qeyd edək ki, Mertens “Qalatasaray”a “Napoli”dən gəlib. O, Türkiyədə oynamaq üçün “Yuventus”un təklifini rədd edib. Bəzi Avropa nəhəngləri hələ də Mertensi transfer etməkdə maraqlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR