“Putin Kiyevi nəzarətə götürənə qədər dayanmayacaq”.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilir. Məlumatda deyilir ki, Rusiya və Ukrayna arasında danışıqlar Putinin məqsədindən çəkindirməyəcək. Müəlliflər hesab edilir ki, dialoq qarşıdurmaya bir müddət fasilə verəcək. Bildirilir ki, Putin ya müharibə ya da digər vasitələrlə Kiyevə ələ keçirmək niyyətindən əl çəkməyəcək. Açıqlamaya görə, Krımın ilhaqından sonra Putinin yenidən Ukraynaya müdaxiləsi onun planlarını ortaya qoyur.

“Görünür ki, o, Kiyevi ələ keçirənə qədər dayanmayacaq. Putin hakimiyyəti Kremli idarə etdiyi müddətdə Ukrayna problemi həllini tapmayacaq. Kreml rəhbərinə izah edilməlidir ki, o məqsədinə nail olmaq iqtidarında deyil” - ekspertlər qeyd edir.