Türkiyə klubu ulduz futbolçunu transfer edir -

“Beşiktaş” klubu “Yuventus”un müdafiəçisi Leonardo Bonuççini transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, “Beşiktaş”ın yeni baş məşqçisi Şenol Günəş müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirmək istəyir. İddialara görə, “Beşiktaş” müdafiəçinin hazırki performansını izləmək üçün onun iştirak etdiyi yoldaşlıq oyunlarını izləməyə nümayəndələr göndərib. Məlumata görə, Bonuççinin “Yuventus” klubu ilə müqaviləsi bu mövsümün sonundan başa çatacağı üçün “Beşiktaş” onu azad agent kimi klubu cəlb edə bilər. Bonuççi Türkiyədə oynamaq təklifini rədd etməyib.

Təcrübəli müdafiəçiyə digər klublardan da maraq var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR