​Özbəkistanlı loqoped Sabina Azizova Global Health Awards layihəsində təltif olundu -

Defektoloq fiziki və əqli qüsurlu uşaqların inkişafı və onların təlim-tərbiyəsi məsələləri ilə məşğul olan mütəxəssisdir. İşin məqsədi mövcud xüsusiyyətlərə görə sosial, təhsil, peşə sahələrində mümkün olan ən yüksək inkişaf və uyğunlaşmadır. Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və mühitə uyğunlaşmasında əsas yük defektoloqun üzərinə düşür. Peşəkar özbəkistanlı loqoped, defektoloq Sabina Əzizova bu sahədə öz sözünü demiş mütəxəssislərdəndir.

Sabina Azizova 1983-cü ildə Özbəkistanda dünyaya göz açıb. 2005-ci ildə ilk olaraq Daşkənd şəhərində roman-german filologiyası ixtisası üzrə ali təhsil alsa da 5 il sonra defektologiya üzrə ixtisaslaşmağa qərar verir. Hazırda loqoped-defektoloq kimi fəaliyyət göstərən Sabina Azizova nitq problemi yaşayan oğlu ilə əlaqədar bu seçimi etmişdir.

Sabina Azizova Özbəkistan Respublikası Məktəbəqədər Təhsil Nazirliyi yanında Daşkənd şəhərinin psixoloji, tibbi və pedaqoji komissiyasının üzvü, eyni zamanda "Logopediss of Uzbekistan" özəl loqos mərkəzinin təsisçisidir. Mərkəzdə hər bir uşağın inkişafının xüsusiyyətlərini ətraflı araşdırılması aparılır, onun öyrənmə qabiliyyəti müəyyənləşdirilir, uşaqların inkişafındakı çatışmazlıqların maksimum ödənilməsi və düzəldilməsinə yönəlik işlər təşkil edilir.

Peşəkar loqoped hesab edir ki, hər bir uşaq özünürahat hiss edərsə, xoşbəxt olarsa dünyamız o qədər gözəl olar:

"Uşaqlarımla ümumi dil tapmağa və eyni dalğa boyunda olmağa çalışıram".

Buna görə də 12 illik loqoped təcrübəsi ərzində müxtəlif intellektual, nitq, psixo-emosional və fiziki inkişaf pozğunluğu olan uşaqlarla işləməkdə yüksək təcrübəyə malikdir.

Sabina Azizova universitetlərdə, müxtəlif tədbirlərdə və tədris psixoloji və loqopedik mərkəzlərdə təlimlər, seminarlar təşkil edərək öz sahəsinin inkişafına təkan verir.

Sabina Azizova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “TheSuccessful Speech Therapist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR