Masallıda yanğın baş verib.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 69 m² sahədə və dam örtüyü 150 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.