“Rusiya qiymət tavanını tətbiq edən ölkələrə neft verməyəcək” -

Rusiya dəfələrlə Rusiya nefti üçün qondarma qiymət tavanının tətbiqinin anti-bazar tədbiri olduğunu bildirib”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O təsdiqləyib ki, Moskva Rusiya neftinə tavan qiymət tətbiqinə qoşulacaq ölkələrə tədarük etməyəcək.

Biz dəfələrlə demişik ki, Rusiya nefti üçün qondarma qiymət həddinin tətbiqi anti-bazar tədbiridir, bu, tədarük zəncirlərini pozur və qlobal enerji bazarlarında vəziyyəti xeyli çətinləşdirə bilər. Rusiya Federasiyası alıcılar kartelinə qoşulacaq ölkələrə neft tədarükünü planlaşdırmır.

Qeyd edək ki,Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işləyir. Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Finlandiyada keçirilən mətbuat konfransında bildirib. Fon der Leyenin sözlərinə görə, Aİ Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və Ukrayna qalib gələnə qədər dayanmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR