Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər

"ABŞ Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyindən narahat olmağa başlayıb. Doğrudur, rəsmilər qaçılmaz təhlükənin olduğuna inanmır, lakin onlar deyirlər ki, Moskva Ukraynada mövqelərini itirməkdə davam edərsə, bu silahlardan istifadə edə bilər".

Metbuat.az xəbər verir ki, belə fikirlərlə nüfuzlu "Politico" nəşri çıxış edib. Bayden administrasiyasının rəsmiləri qiymətləndiriblər ki, Rusiya prezidenti Vladimir Putinin qoşunları Ukraynada mövqelərini itirməkdə davam edərsə rəsmi Moskva NATO ilə nüvə qarşıdurmasına əl atmazdan əvvəl Ukraynada kimyəvi silahdan istifadə edə bilər.

Məsələ ilə bağlı məlumatı olan altı nəfərin sözlərinə görə, narahatlıqlar administrasiyanın müttəfiqlərin belə bir hadisəyə hazır olmasını təmin etmək, həmçinin kimyəvi maddələrin istifadə edildiyi zaman aşkarlama sistemlərinin istehsalına yeni resursları və sərmayələri səfərbər etmək tələbi ilə əlaqədardır.

"ABŞ çoxdan bilirdi ki, Rusiya kimyəvi silah potensialının artırılmasına sərmayə qoyur. Konqresin köməkçisinin sözlərinə görə, bu payızda senatorlar Rusiyanın kimyəvi silah ehtiyatı və Ukraynadakı təhlükə barədə məlumatlandırılıblar. Lakin onlar düşünürlər ki, Rusiya Ukraynada mövqelərini itirərsə bu daha tez baş verə bilər"- deyə "Politico" yazıb.

Bu arada Birləşmiş Ştatlar Kiyevə milyardlarla dollarlıq təhlükəsizlik yardımı çərçivəsində kimyəvi, bioloji və nüvə qoruyucu vasitələri də təqdim edib .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR