İşıqsız qalan Kiyev -

Ukraynanın demək olar ki, bütün regionlarında elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanmaqda davam edir.

Metbuat.az xəbər verir ki, Ukraynanın DTEK enerji şirkətinin direktoru Dmitri Saxaruk bildirib ki, şəhərdə işıq elektrik enerjisi gün ərzində iki-üç saat veriləcək.

Bu hal Kiyevə gələn enerjinin miqdarı artana qədər davam edəcək.

Qeyd edək ki, bundan əvvəl də paytaxtın meri Vitali Kliçko bu qışda əhalinin bəzi qruplarının şəhərdən təxliyə edilə biləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR