Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi dairələri məlumat yayıb. Bildirilir ki, nazir, Prezident Vladimir Zelenski ilə görüşüb. Kleverlinin sözlərinə görə, Britaniya Ukraynaya dəstəyini davam etdirəcək. Kleverli Zelenskiyə söz verdiyini və buna əməl ediləcəyini ifadə edib. Lakin Britaniyanın xarici işlər nazirinin Ukraynaya nə vəd etdiyi açıqlanmayıb.