Çində koronavirusa yoluxmada yüksək göstərici qeydə alınıb.
Metbuat.az xəbər verir ki, son sutka ərzində 35183 yoluxma hadisəsi qeydə alınıb ki, bunun da əksəriyyəti asemptomatikdir.
Çin Xalq Respublikası Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, cümə axşamı 31656, cümə günü isə 32943 yeni yoluxma qeydə alınıb. Yoluxmaların əksəriyyəti isə cənubdakı Quanqdonq əyalətində, Pekində aşkar edilib.
Bu göstəricilərdən sonra hökumət artıq tədbirlər görür. Belə ki, bir çox iş yerləri artıq karantinə alınıb, həmçinin restoranlar evə çatdırılma xidmətinə keçib. İnsanların ən çox sıxlaşdığı alış-veriş, əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Dünyada isə pandemiya baş qaldıran 645 milyon 634 min 208 nəfər vəfat edib, 6 milyon 635 min 270 nəfər vəfat edib.
Virusa ən çox yoluxma sayına görə ilk onluqda ABŞ, Hindistan, Fransa, Almaniya, Braziliya, Cənubi Koreya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Rusiya dayanır.
Məlumat üçün qeyd edək ki, son sutkada ölkəmizdə 41 yeni yoluxma faktı qeydə alınıb. Hazırda 284 aktiv xəstə var. Ümumilikdə bugünədək 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb. Bu günə qədər 9 975 nəfər vəfat edib.
Xatırladaq ki, COVID-19 ilk dəfə 2019-cu ilin dekabr aylarında Çinin Vuhan şəhərində yayılıb. Dünya ölkələrinə də sürətlə yayılmağa paşlayan virus 2020-ci ilin martın 11-də Ümumdünya Səhiyyə təşkilatı tərəfindən pandemiya elan edilib.