Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Gevorq Papoyanın maşını Dilicanda qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, ,bu barədə "shamshyan.com" məlumat yayıb.
Gecə saatlarında baş verən qəza zaman Papoyanın avtomobili ağaca çırpılıb.
Qeyd olunub ki, qəza nəticəsində avtomobildə olan 34 yaşlı İrəvan sakini Robert K. xəsarət alıb.