Xəbər verdiyimiz kimi, Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyinatı olub. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası DGK-nin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovnik Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb.
Metbuat.az xəbər verir ki, Vüqar Əliyev İsmayıl Əliyevin oğludur. İsmayıl Əliyev isə hazırda Bakı Dövlət Universitetinin "Həyat Fəaliyyətinin Təhlükəsizliyi" kafedrasının müdiridir. Həmçinin kimya elmləri doktoru, professordur.
Həmçinin oxuyun: Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunan şəxs kimdir? - DOSYE
İsmayıl Əliyev