Formula 1 üzrə Azərbaycan Qran-prisi beynəlxalq medianın diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, xarici media Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətlərinə və pilotları gözləyən çətinliklərə xüsusi diqqət ayırıb.

Bildirilir ki, Bakının dar küçə hissələri ilə yüksək sürətli düzlükləri birləşdirən tras olduğunu vurğulayır. Bu xüsusiyyətlər əyləcləmə, yüksək sürət və enerji idarəetməsini Azərbaycan Qran-prisinin əsas faktorlarına çevirir.

Onlayn nəşrlər “Gözlənilməyəni gözləyin” ifadəsi ilə Azərbaycan Qran-prisini təqdim olunur. Nəşrlər yazır ki, yaxın divarlar və yüksək sürətin birləşməsinin trası Formula 1 təqviminin ən çətin məkanlarından birinə çevirir.

Bakı trasındakı təhlükəsizlik və sürət fərqi məsələsi də beynəlxalq medianın diqqətindədir. Qeyd edək ki, Lyuis Hamilton və Liam Louson arasında məşq zamanı baş verən insidentdən sonra xüsusilə 18 və 19-cu döngələrdə sürət fərqi müzakirə mövzusuna çevrilib.