Macarıstan Ukraynaya 18 milyard avro ayrılmasına veto qoydu

Budapeşt Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avro yardım ayırmaq planını dəstəkləməkdən imtina edir.

Metbuat.az UNİAN-a istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban Kiyevin təkcə Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün vəsait almasından narazıdır.

"Biz bu məqsədlə Aİ-nin ümumi kreditinin alınmasının tərəfdarı deyilik. Çünki biz Aİ-nin ümumi borcları olan dövlətlər birliyinə çevrilməsini istəmirik. Dövlətlər birliyindən "borclular cəmiyyəti"nə çevrilməyə ehtiyac yoxdur. Bu, Adətən borclarını ödəyə bilməyən Macarıstan deyil, digər ölkələrdir. Biz təkcə Ukrayna ilə bağlı deyil, digər hallarda da Aİ-nin birgə borclanmasını dəstəkləmirik”, - deyə Orban bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR