1/8 final başlayır -

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq.

DÇ-2022, 1/8 final

19:00. Niderland - ABŞ

23:00. Argentina - Avstraliya


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR