ANS PRESS-in məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhadla ailə quran ifaçının əri ilə birlikdə çəkdirdiyi şəkillər sosial şəbəkələrdə paylaşılıb.


Safura Əlizadə ilə Fərhad Əliyevin toyu 2013-cü ildə Bodrumda olmuşdu. Keçən ilin may ayında cütlüyün oğlu dünyaya gəlib. Körpəyə İsgəndər adı verilib.
İstanbulda yaşayan cütlük bu yaxınlarda İsgəndərin təmtəraqlı doğum gününü qeyd etmişdilər.
23 yaşlı Səfurə Əlizadə "Eurovision 2010" yarışmasında ölkəmizi təmsil edib. O, final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerə çıxıb.




